Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Tbilisidə Heydər Əliyevin yubileyi münasibətilə 100 ağac əkilib

Tbilisidə Heydər Əliyevin yubileyi münasibətilə 100 ağac əkilib
REKLAM ALANI
16.05.2023
A+
A-

 

 

 

 

Tbilisidə Heydər Əliyevin yubileyi münasibətilə 100 ağac əkilib

 

 

2023
Tbilisidə Heydər Əliyevin yubileyi münasibətilə 100 ağac əkilib
Tbilisi şəhərindəki Botanika bağında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Heydər Əliyev adına xatirə bağı salınıb.

Ağacəkmə aksiyasında Azərbaycan, Türkiyə və Macarıstanın Gürcüstandakı səfirləri Faiq Quliyev, Ali Kaan Orbay, Ana Maria Şiko, Gürcüstan parlamentinin sədr müavini Arçil Talakvadze, deputat Zaur Darğallı, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin rəhbəri Nəriman Qurbanov, dövlət və hökumət üzvləri, “SOCAR Energy Georgia” şirkətinin, diplomatik korpusun, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, iş adamları, “Alyans” Gənclər Mərkəzinin, M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbərliyi və soydaşlarımız iştirak ediblər.

Gürcüstan parlamentinin deputatları, Tbilisi şəhər meriyasının və Botanika bağının rəhbərliyi və əməkdaşları aksiyanın təşkilinə görə Azərbaycan dövlətinə və səfirliyə minnətdarlıq ediblər. Onun yubileyi ilə əlaqədar Tbilisinin mərkəzində 100 ağacın əkilməsi Azərbaycan dövlətinin gürcü xalqına hörmətinin bariz nümunəsi kimi qiymətləndirilib.

Bildirilib ki, Heydər Əliyev həm sovetlər dövründə, həm də müstəqillik illərində Gürcüstana daim diqqət və qayğı ilə yanaşıb. Bu gün regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin Gürcüstandan keçməsi də məhz tarixi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edilib ki, Heydər Əliyevin xatirəsi gürcü xalqının qəlbində əbədi yaşayacaq.

 

 

 

 

Aksiyadan sonra Diasporla İş üzrə Dövlət Komitəsinin, “Alyans Gənclər Mərkəzi”nin, “Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzi”nin, “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin və Dmanisi Tədris Mərkəzinin nümayəndələri Heydər Əliyev parkında müasir Azərbaycan dövlətinin qurucusunun abidəsini ziyarət ediblər. Abidənin önünə qızılgüllər düzülüb və unudulmaz şəxsiyyətin xatirəsi dərin ehtiramla yad olunub.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/tbiliside-heyder-eliyevin-yubileyi-munasibetile-100-agac-ekilib-2954

 

 

REKLAM ALANI