Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Vyana şəhərindəki məşhur Heldenplatz meydanında Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı aksiya keçirilib

Vyana şəhərindəki məşhur Heldenplatz meydanında Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı aksiya keçirilib
REKLAM ALANI
27.02.2023
A+
A-

 

 

 

Vyana şəhərindəki məşhur Heldenplatz meydanında Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı aksiya keçirilib
26 fevral, 2023
Vyana şəhərindəki məşhur Heldenplatz meydanında Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı aksiya keçirilib

Avstriyanın paytaxtı Vyana şəhərindəki məşhur Heldenplatz meydanında Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı aksiya keçirilib.

Aksiyaya 31 ölkənin 74 şəhərindən gələn 1000 nəfərdən çox soydaşımız, icma üzvləri, diaspor təşkilatlarının təmsilçiləri və ölkəmizə dost münasibəti bəsləyən xalqların nümayəndələri qatılıblar.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan aksiyada vətənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Soydaşlarımız, eləcə də onlara dəstək verən əcnəbilər Azərbaycanın və yaşadıqları ölkələrin bayraqlarını dalğalandırıb, Xocalı soyqırımının tanıdılmasını, eləcə də dünyadan ədalət gözləntilərini əks etdirən şüarlar yazılmış plakatlar nümayiş etdiriblər.

İştirakçılar Xocalı soyqırımı ilə bağlı məlumatları, eyni zamanda Azərbaycan xalqının 31 ildir ədalət gözlədiyini ingilis, litov, serb, alman, italyan, fransız, yunan, polyak, ivrit, azərbaycan, gürcü, norveç, fin, ispan, türk dillərində diqqətə çatdırıb, bu dəhşətli hərbi cinayətə hüquqi-siyasi qiymətin verilməsini, günahkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab vermələrini tələb ediblər.

Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Xocalı soyqırımına həsr edilmiş sənədli filmin nümayiş olunduğu aksiyada soyqırım qurbanları klassik musiqi nömrələrinin səsləndirilməsi ilə xatırlanıb, yerli ictimaiyyətin marağına səbəb olan fləşmoblar keçirilib.

Diaspor nümayəndələrinin “Xocalı 613” yazısının ətrafına şamlar düzməsi soyqırım həqiqətlərinin inikasına çevrilib, ətrafdakılara xüsusi təsir bağışlayıb və yerli ictimaiyyətin böyük marağına səbəb olub.

Aksiya çərçivəsində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, Xocalı soyqırımı ilə bağlı məlumatları əks etdirən kitab, buklet, broşür və materiallar şəhər ictimaiyyətinə paylanılıb.

Sonda aksiyanın bəyanatı ingilis və alman dillərində təqdim olunub.

Qeyd edək ki, aksiya iştirakçıları mitinqin gedişində Türkiyədəki dağıdıcı təbii fəlakətdən zərərçəkənlərə dəstək olmaq məqsədilə maddi yardım toplayıblar. Maddi yardım aksiyanın Təşkilat Komitəsi tərəfindən AFAD-ın hesabına köçürülüb.

Xatırladaq ki, xaricdəki Azərbaycan icmaları və diaspor təşkilatlarının Xocalı soyqırımı ilə bağlı kütləvi dinc aksiyaları bir neçə ildir ənənəvi xarakter alıb və bu, nüfuzlu beynəlxalq təşkilatların geniş məlumatlandırılmasına, nəticədə informasiyalı xarici çevrənin əhatə dairəsinin genişlənməsinə birbaşa təsir edir. Azərbaycan diasporunun 2019-cu ildə Brüsseldə keçirdiyi I Ümumavropa Qarabağ mitinqi, 2020-ci ildə Berlində Brandenburq qapıları qarşısındakı Paris meydanında keçirdiyi II Ümumavropa Qarabağ mitinqi və 2022-ci ildə Vaşinqtonda Kapitoli binasının qarşısında təşkil edilən Ümumamerika Xocalı mitinqi beynəlxalq ictimaiyyətin soyqırımla bağlı məlumatlandırılmasında xüsusi rol oynayıb.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/vyana-seherindeki-meshur-heldenplatz-meydaninda-xocali-soyqiriminin-31-ci-ildonumu-ile-bagli-aksiya-kecirilib-2445

 

 

REKLAM ALANI