Vyanada TDT-yə üzv ölkələrin diaspor qurumlarının nümayəndələri bir araya gəlib

Vyanada TDT-yə üzv ölkələrin diaspor qurumlarının nümayəndələri bir araya gəlib 2026 Vyanada TDT-yə üzv ölkələrin diaspor qurumlarının nümayəndələri bir araya gəlib Avstriyanın paytaxtı Vyanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumları nümayəndələrinin görüşü baş tutub.

Vyanada TDT-yə üzv ölkələrin diaspor qurumlarının nümayəndələri bir araya gəlib

Vyanada TDT-yə üzv ölkələrin diaspor qurumlarının nümayəndələri bir araya gəlib

2026

Vyanada TDT-yə üzv ölkələrin diaspor qurumlarının nümayəndələri bir araya gəlib

Avstriyanın paytaxtı Vyanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumları nümayəndələrinin görüşü baş tutub. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi, Azərbaycanın Avstriyadakı Səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin tərəfdaşlığı ilə keçirilib.

Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan görüşdə Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev, Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli, Türkiyənin Avstriyadakı səfiri Gürsel Dönmez, Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Levent Eler, Qırğızıstanın Birləşmiş Millətlər Təşkilatı (Vyana) yanında daimi nümayəndəsi Nurjan Şaildabekova, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və TDT-yə üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumlarının təmsilçiləri iştirak edib.

 

https://x.com/DiasporaAz/status/2011764233860534377

 

TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev çıxış edərək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor qurumları arasında əlaqələrin dərinləşdirilməsinin və fəaliyyətin daha koordinasiyalı şəkildə qurulmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Tədbir çərçivəsində keçirilən Diaspor Potensialının Artırılması üzrə təlim proqramlarının bilik və təcrübə mübadiləsi baxımından mühüm platforma olduğunu qeyd edib.

https://x.com/DiasporaAz/status/2011764233860534377

 

 

Səfir Rövşən Sadıqbəyli bu cür təşəbbüslərin türk diasporunun beynəlxalq müstəvidə daha güclü və vahid mövqe ortaya qoymasına xidmət etdiyini bildirib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşları Leyla Həmzəyeva və Şəfəq Binnətova komitənin həyata keçirdiyi genişmiqyaslı layihələr, qarşıya qoyulan hədəflərlə bağlı geniş məlumat veriblər. Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə əməkdaşlıq çərçivəsində görülən işlərdən danışıblar.

Digər çıxışçılar xaricdə yaşayan türk icmalarının təşkilatlanması, gənclərin diaspor proseslərinə cəlb olunması məsələlərinə toxunub, TDT-yə üzv ölkələrin diaspor qurumları arasında institusional əməkdaşlığın gücləndirilməsinin labüdlüyünü dilə gətiriblər.

Görüş qarşılıqlı fikir mübadiləsinin aparılması, diaspor sahəsində qazanılan təcrübələrin paylaşılması və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edib.

Foto qalereya

 

 

 

https://x.com/DiasporaAz/status/2011764233860534377

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər

 

kaynak:https://diaspor.gov.az/az/news-detail/vyanada-tdt-ye-uzv-olkelerin-diaspor-qurumlarinin-numayendeleri-bir-araya-gelib-6576

 

 

https://x.com/DiasporaAz/status/2011764233860534377

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir